REGİONLAR


Bu ilin doqquz ayında Lənkəranda sənaye məhsullarının istehsalı 4,4 faiz artıb

Lənkəran, 15 noyabr, Bağır Əliyev, AZƏRTAC

Bu ilin doqquz ayında Lənkəran rayonunda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 4,4 faiz artaraq 59443,3 min manat təşkil edib. Sənaye məhsulunun 0,2 faizi mədənçıxarma, 88,1 faizi emal, 9,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Bu barədə Lənkəran Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.

Bildirilib ki, sənayedə qeyri-dövlət sektorunun payı 88,3 faiz olub. Ümumi istehsalın 88,3 faizi sənaye məhsullarının istehsalı, 11,7 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 oktyabr 2020-ci il vəziyyətinə 4781 milyon manatlıq hazır məhsul olub.

Emal sənayesində bu dövrdə 52394,9 min manatlıq (əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,6 faiz çox) məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalında 5,6 faiz artım müşahidə olunub.

Doqquz ayda rayonda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 5748,8 min manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz artım qeydə alınıb. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 21,3 faiz artaraq 1196,7 min manat təşkil edib.

Rayonun sənaye müəssisələrində siyahı tərkibində olan işçilərin orta sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,4 faiz artaraq 2036 nəfər təşkil edib. İşçilərin orta aylıq nominal əmək haqqı 5,5 faiz artaraq 417,3 manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.