CƏMİYYƏT
Bu ilin doqquz ayında bağlanılan əmək müqavilələrinin sayı 126 min artıb
Bakı, 16 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında əmək müqavilələrinin sayı 126 min artaraq 1 milyon 528 min 246 təşkil edib. Yeni bağlanılan əmək müqavilələrinin 35 mini dövlət, 91 mini qeyri-dövlət sektoruna aiddir. Beləliklə, ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayında 9 faizdən çox artım qeydə alınıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, işəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsi əmək münasibətlərinin rəsmiləşməsini təsdiq edən və həmin münasibətlərin şərtlərini əks etdirən vacib sənəddir.
Əmək müqaviləsi əsasında çalışmaq işçinin əmək və sosial hüquqlarının yaranmasına və müdafiəsinə əsaslı təminat yaradır, ona həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində işləmək, minimum əməkhaqqından aşağı olmayan əməkhaqqı almaq və s. kimi hüquqlar verir. Əmək münasibətlərinin əmək müqaviləsi əsasında qurulması vergi və sosial sığorta daxilolmalarında da əhəmiyyətli rola malikdir.
Qeyd edək ki, ötən il əmək müqavilələrinin sayında 91,3 min artım olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]