İDMAN


Bu ilin ən yaxşı baş məşqçisinin adı oktyabrda Londonda mükafatlandırma mərasimində açıqlanacaq

Bakı, 17 avqust, AZƏRTAC

FIFA-ya görə bu ilin ən yaxşı baş məşqçisi adına namizədlər məlum olub.

AZƏRTAC xəbər verir ki, siyahıya 12 mütəxəssisin adı daxil edilib.

Namizədlər arasında Zinəddin Zidan (“Real Madrid”), Massimilano Alleqri (“Yuventus”), Karlo Ançelotti (“Bavariya”), Antonio Konte (“Çelsi”), Luis Enrike (“Barselona”), Xosep Qvardiola (“Mançester Siti”), Joze Mourinyo (“Mançester Yunayted”), Leonardu Jardim (“Monako”), Maurisio Pokettino (“Tottenhem”), Dieqo Simeone (“Atletiko”), Yoahim Löv (Almaniya milli komandası) və Tite (Braziliya milli komandası) var.

Qalib sentyabrın 7-dək milli komandaların baş məşqçiləri və kapitanları, eləcə də jurnalistlərlə azarkeşlər arasında aparılacaq səsvermə ilə müəyyənləşdiriləcək.

2017-ci ilin ən yaxşı baş məşqçisinin adı oktyabrın 23-də İngiltərənin paytaxtı Londonda keçiriləcək mükafatlandırma mərasimində açıqlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.