DÜNYA


Bu ilin əvvəlindən Əbu-Dabidə 4000-dən çox nikah kontraktı qeydiyyata alınıb

Əbu-Dabi, 15 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında Əbu-Dabidə 4000-dən çox nikah kontraktı qeydiyyata alınıb.

AZƏRTAC Əbu-Dabi Ədliyyə İdarəsi tərəfindən dərc edilmiş statistik məlumatlara istinadla xəbər verir ki, Əmirliyin Ədliyyə İdarəsinin qərargahında təqribən 1743, bu idarədən kənarda isə daha 2357 nikah müqaviləsi bağlanıb. Əmirlikdə nikah müqavilələrinin qeydiyyata alındığı on şöbədə sənədlərin rəsmiləşdirilməsi üçün 40 nəfər zabit fəaliyyət göstərir.

Ədliyyə İdarəsi bu məqsədlə müasir texnologiyadan istifadə edir, nikah müqavilələrinin qeydiyyatını sadələşdirmək və sürətləndirmək üçün xüsusi proqram əlavəsi yaradılır.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.