İQTİSADİYYAT
Bu ilin əvvəlindən Çin İpək Yolu ölkələrinin iqtisadiyyatına 3,98 milyard dollar sərmayə yatırıb
Bakı, 18 may, AZƏRTAC
2017-ci ilin ilk dörd ayı ərzində Çin “Bir kəmər – bir yol” strategiyası layihələrində iştirak edən 45 ölkənin iqtisadiyyatına 3,98 milyard dollar sərmayə yatırıb. Bu barədə “China Daily” nəşri Çin Xalq Respublikasının Kommersiya Nazirliyinə istinadla məlumat verir.
İpək Yolu ölkələrinə investisiyaların həcmi Çinin bütün xarici investisiyalarının 15,1 faizinə bərabər olub. Bu, keçən ilin müvafiq dövrünün göstəricilərindən təxminən 2 dəfə çoxdur. Həmin dövrdə bu nisbət 8,2 faiz olub.
Çin Özbəkistanda, Laosda, Pakistanda və Kambocada ən iri xarici investora çevrilib.
Azərbaycan da “Bir kəmər – bir yol” layihəsinin iştirakçısıdır. Transxəzər beynəlxalq nəqliyyat marşrutu bu layihəyə daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:13]
® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
- 24.04.2024 [18:57]
Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur
- 24.04.2024 [18:31]