DÜNYA


Bu ilin əvvəlindən Ukraynada 55 jurnalist hücuma məruz qalıb

Kiyev, 21 oktyabr, AZƏRTAC

2019-cu ilin 9 ayı ərzində Ukraynada jurnalistlərə qarşı 55 fiziki təcavüz hadisəsi qeydə alınıb.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, bunu Ukrayna Milli Jurnalistlər Birliyinin (NSJU) rəhbəri Sergey Tomilenko “Ukrayna Jurnalistlərinin Fiziki Təhlükəsizlik İndeksi” monitorinq məlumatlarına istinadən bildirib.

Onun sözlərinə görə, media işçilərinə qarşı ən çox güc Kiyev və Odessada tətbiq edilib.

"İyul, avqust və sentyabr aylarında Ukraynada jurnalistlərə 19, ilin birinci yarısında isə 36 hücum edilib”, - deyə S.Tomilenko bildirib.

Bundan başqa, Ukrayna Milli İnformasiya Agentliyinin (Ukrinform) mərkəzi ofisinə hücum edilib. Agentliyin 5 əməkdaşı xəsarət alıb, bəzi avadanlıqlar sıradan çıxıb.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.