REGİONLAR


Bu ilin əvvəlindən ağcabədili fermerlərə güzəştli şərtlərlə 4583 ton mineral gübrə satılıb VİDEO

Ağcabədi, 3 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Aqrar sektorun inkişafı və kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında sahibkarların, fermer və torpaq mülkiyyətçilərinin müasir texnika və avadanlıqlarla, cins damazlıq heyvanlarla, mineral gübrə və pestisitlərlə təminatı böyük əhəmiyyət kəsb edir. "Aqrolizinq" ASC-nin Ağcabədi regional nümayəndəliyi də kənd təsərrüfatı məhsulları istehsalçılarının müasir texnika və avadanlıqlara, mineral gübrə və pestisitlərə olan tələbatını ödənməklə aqrar sahənin inkişafına öz töhfəsini verir.

"Aqrolizinq" ASC-nin Ağcabədi regional nümayəndəliyinin direktor əvəzi Fariz Tağıyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, cəmiyyətin xətti ilə gətirilən mineral gübrələr və pestisidlər hesabına kənd təsərrüfatı məhsulları istehsalçılarının mineral gübrələrə olan tələbatı yaxşılaşdırılıb, aqrotexniki xidmətin dairəsi genişlənib. 2018-ci ilin əvvəlindən fermerlərə 4583 ton mineral gübrə, 11 min 930 litr müxtəlif adlarda pestisid güzəştli qiymətlərlə satılıb. Hazırda regional nümayəndəliyin anbarında 1136 ton ammonium nitrat gübrəsi, 136 ton karbamid, 118 ton nitrofoska, 10 ton fosfor mövcuddur. Yaxın günlərdə regional nümayəndəliyə fermerlərin əsas tələbatı olan ammofost mineral gübrəsi də gətiriləcək.

Fariz Tağıyev qeyd edib ki, regional nümayəndəlikdə 457 ədəd müxtəlif kənd təsərrüfatı texnikası və aqreqatı var. Fermerlər və kənd təsərrüfatı məhsulu istehsalçıları regional nümayəndəliyə müraciət etməklə cəmiyyətin aqrotexniki xidmətlərindən yararlanırlar. Hazırda kombayn, traktor, qoşqu və aqreqatlar mühüm strateji məhsul olan pambığın yığılmasına, həmçinin taxıl səpininə cəlb edilib. Nümayəndəlikdə olan altı ədəd pambıqyığan kombayn vasitəsilə 600 hektar sahənin məhsulu yığılıb, 1750 ton pambığın məntəqələrə daşınması həyata keçirilib. Nümayəndəliyin traktorları və aqreqatları vasitəsilə taxıl sahələrinin şumlanması, malalanması və səpin işləri də davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.