REGİONLAR


Bu ilin əvvəlindən füzulili fermerlər 1124 ton mineral gübrə və 3536 litr pestisidlə təmin edilib

Füzuli, 5 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ölkəmizdə aparılan uğurlu iqtisadi siyasət nəticəsində regionların sosial-iqtisadi göstəriciləri yüksəlib, bütün sahələrdə olduğu kimi kənd təsərrüfatının da inkişafında uğurlar qazanılıb. Aqrar sektorun inkişafı və kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında sahibkarların, fermer və torpaq mülkiyyətçilərinin müasir texnika və avadanlıqlarla, cins damazlıq heyvanlarla, mineral gübrə və pestisidlərlə təminatı böyük əhəmiyyət kəsb edir. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Füzuli rayon bölməsi də kənd təsərrüfatı məhsulları istehsalçılarının müasir texnika və avadanlıqlara, mineral gübrə və pestisidlərə olan tələbatını ödəməklə aqrar sahəsinin inkişafına öz töhfəsini verir.

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Füzuli rayon bölməsinin nümayəndəsi Təbriz Süleymanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, rayon bölməsi fermerlərin, fiziki və hüquqi şəxslərin mineral gübrələr, pestisidlər, kənd təsərrüfatı texnikaları ilə təmin olunmasına, müasir texnikaları operativ lizinq yolu ilə əldə etmələrinə, həmçinin onlara aqrotexniki xidmətlərin göstərilməsinə yaxından dəstək göstərir. Hazırda Füzuli rayon bölməsində əkin, biçin və şumlama mövsümlərinə uyğun olaraq 83 adda texnika mövcuddur. Bu texnikalar arasında müxtəlif markalı taxılyığan kombaynlar, qoşqular və kotanlar, çiyidsəpən və taxılsəpən texnikalar, traktorlar üstünlük təşkil edir. Fermerlər, fiziki və hüquq şəxslər rayon bölməsinə yaxınlaşaraq istədikləri texnikaların icarəyə götürülməsi ilə bağlı müraciət edirlər. Onların müraciətləri dərhal təmin olunur, ikitərəfli icarə müqavilələri bağlanır və müəyyən ödəniş müqabilində texnikalar onların istifadəsinə verilir. Yaxud da, həm əkin, həm də biçin zamanı fermerlərə yaxından dəstək göstərilir, əkin sahələrində dərhal əkin, şumlama və ya biçin prosesləri həyata keçirilir.

Füzuli rayon bölməsi fermerlərin, eləcə də fiziki və hüquqi şəxslərin yüksək keyfiyyətə malik mineral gübrə və pestisidlərlə təmin olunması sahəsində də xidmət göstərir. Cari ildə rayon bölməsi tərəfindən fermerlər 1124 ton mineral gübrə (ammofos, kükürdlü ammofos, ammonium-nitrat və nitroamofoska) və 3536 litr müxtəlif adlarda pestisid ilə təmin edilib.

“Aqroservis” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə ildə iki dəfə mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilir. Səyyar satışın həyata keçirilməsində Füzuli rayon bölməsi də fəal iştirak edib və rayonun 10 kəndində 122 vətəndaşa xidmət göstərərək, güzəştli şərtlərlə 34,17 ton mineral gübrə satıb. Hazırda bölmənin təchizat anbarında kifayət qədər ammofos, kükürdlü ammofos, ammonium-nitrat və nitroaamofoska gübrələri mövcuddur. Vətəndaşlar istənilən vaxt bölməyə müraciət edərək istədikləri mineral gübrəni rahat şəkildə əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.