CƏMİYYƏT


Bu ilin ilk rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 60 minə yaxın vətəndaş müraciətini cavablandırıb

Bakı, 8 aprel, AZƏRTAC

Bu ilin birinci rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 58 min 988 vətəndaş müraciəti cavablandırılıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlərin 28 min 262-si məktub, ərizə ilə, elektron qaydada, 27 min 378-i 142 Çağrı Mərkəzi vasitəsilə, 1180-i iş telefonlarına, 2 min 168-i sosial şəbəkələr ilə edilib.

Nazirliyin rəhbər vəzifəli şəxsləri və əməkdaşları tərəfindən fərdi qaydada qəbul edilən vətəndaşların sayı isə 7 min 266 nəfər olub. Onlardan 200 nəfərini (o cümlədən bölgələrdə qəbullar zamanı 85 nəfər) nazir qəbul edib.

Vətəndaşların nazirliyə etdikləri, həmçinin fərdi qəbullar zamanı müraciətlər bu və ya digər sosial təminat növünə hüququn müəyyən olunması, əmək hüquqları, tibbi-sosial ekspertiza və reabilitasiya, elektron xidmətlərdən istifadə, aktiv məşğulluq tədbirlərinə, o cümlədən özünüməşğulluq proqramına cəlb olunma və s. kimi aidiyyəti məsələlərlə bağlı olub.

Hər bir müraciətin qanunvericiliyin tələbləri əsasında cavablandırılması, sorğu xarakterli müraciətlərlə əlaqədar aydın şəkildə izahatlar verilməsi təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.