DÜNYA


Bu ilin ilk üç ayı ərzində İstanbulu üç milyona yaxın xarici turist ziyarət edib

İstanbul, 8 may, AZƏRTAC

Bu ilin ilk üç ayı ərzində İstanbulu 2 milyon 904 min 460 xarici turist ziyarət edib.

AZƏRTAC xəbər verir ki, bu barədə İstanbul şəhər Mədəniyyət və Turizm Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, bu üç ay ərzində şəhərə gələn turistlər mart ayında çoxluq təşkil edib. Bu ayda meqapolisə gələn əcnəbilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 112 faiz artışla 1 milyon 156 min 400 nəfər olub. Onlardan 1 milyon 153 min 138-i hava, 3 min 262-i isə dəniz yolu vasitəsilə şəhərə gəlib.

Hava yolu ilə gələn xarici ölkə vətəndaşlarının 70,40 faizi şəhərə İstanbul hava limanıdan giriş edib.

Ümumiyyətlə, mart ayında İstanbula 192 ölkədən turist gəlib. Onların arasında İran vətəndaşları çoxluq təşkil edib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.