İQTİSADİYYAT


Bu ilin ötən 5 ayı ərzində qeyri-neft sektorunun dövlət büdcəsinin gəlirlərindəki payı 6 milyard 353 milyon manata çatıb

Bakı, 22 iyun, AZƏRTAC

2022-ci ilin ötən 5 ayında ölkə iqtisadiyyatının inkişaf göstəriciləri və dövlət büdcəsinin icrası üzrə əldə edilmiş nəticələrə nəzər salsaq görərik ki, həmin dövr ərzində 50,9 milyard manat, o cümlədən qeyri-neft və qaz sektorunda 25 milyard manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə qeyd olunduğu kimi 7,2 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 11 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin növbədənkənar sessiyasının iyunun 22-də keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsinin müzakirəsi zamanı söyləyib.

O bildirib ki, həmin dövrdə dövlət büdcəsinin gəlirləri də əhəmiyyətli dərəcədə artaraq 12 milyard 442 milyon manat və yaxud 110,8 faiz icra edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 707 milyon manat və yaxud 27,8 faiz çoxdur. Qeyri-neft sektorunun dövlət büdcəsinin gəlirlərindəki payı ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 592 milyon manat və yaxud 33,4 faiz artaraq 6 milyard 353 milyon manata çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.