DÜNYA
Bu ilin səkkiz ayı ərzində Antalyanı səkkiz milyondan çox turist ziyarət edib
İstanbul, 18 avqust, AZƏRTAC
Bu il yanvarın 1-dən avqustun 17-dək Türkiyənin Antalya bölgəsini 8 milyon 15 min 366 turist ziyarət edib.
AZƏRTAC xəbər verir ki, statistik göstəricilərə əsasən, bu, postpandemiya dövründə Antalya üzrə rekord rəqəmdir. Belə ki, ötən il şəhərə gələn əcnəbilərin ümumi sayı doqquz milyon nəfər təşkil edib.
Antalyaya gələnlər arasında almanlar çoxluq təşkil edib. Buranı ziyarət edən Almaniya vətəndaşlarının sayı ötən il ilə müqayisədə 250 faiz artaraq 1 milyon 364 min nəfərə çatıb.
Hesablamalara görə, hər il Antalyanı ziyarət edənlər arasında ilk sırada Rusiya vətəndaşları yer alıb. Bu il şəhərə gələn rusların sayı 1 milyon 276 min nəfər təşkil edib.
Qeyd edək ki, Türkiyə ilə İsrail arasında diplomatik münasibətlərin inkişafı bu il İsraildən Türkiyə, o cümlədən Antalyaya gələnlərin sayının artmasında da özünü büruzə verib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]