İQTİSADİYYAT


Bu ilin yanvar-aprel aylarında Bakıda metallurgiya sənayesi 35,2 faiz artıb

Bakı, 5 iyun, AZƏRTAC 

Bu ilin ilk dörd ayında Bakı şəhərində metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 151,5 milyon manatlıq məhsul istehsal olunub.

Bakı şəhər Statistika İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə hazır metal məmulatlarının istehsalı sahəsində 2,4 dəfə, metallurgiya sənayesində isə 35,2 faiz artım müşahidə edilib.

Əvvəlki ilin müvafiq dövrünə nisbətən sahə üzrə alüminium çubuqlar, millər və profillərin istehsalı 42,2 faiz, misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellərin istehsalı 5,1 dəfə, armatur istehsalı 33,7 faiz artıb, qara metallardan digər konstruksiyaların istehsalı isə 36,5 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.