CƏMİYYƏT


Bu ilin yanvar-mart aylarında 1000-dən çox şəxs özünüməşğulluq proqramına cəlb olunub

Bakı, 11 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2019-cu ilin birinci rübü ərzində 1000-dən çox işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onların 181 nəfərini qadınlar, 352 nəfərini əlliliyi olan şəxslər, 26 nəfərini şəhid ailəsi üzvləri, 261 nəfərini məcburi köçkünlər və 67 nəfərini gənclər təşkil edir.

Hazırda proqrama cəlb olunanlar üçün təlimlər keçirilir. Təlimlər zamanı onlara biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlar öyrədilir. Yekunda iştirakçıların özünüməşğulluq fəaliyyətinə hazırlıq səviyyələrinin, onların hazırladıqları biznes-planların qiymətləndirilməsi həyata keçiriləcək.

Biznes-planları uğurlu hesab edilən və özünüməşğulluq fəaliyyətinə hazır olduğu müəyyən edilən iştirakçılar kiçik ailə təsərrüfatlarının formalaşdırılması üçün aktivlərlə (mal və materiallarla) təmin ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.