İQTİSADİYYAT
Bu ilin yanvarında paytaxtın müxtəlif ərazilərində 78 ədəd yeni yol nişanı quraşdırılıb
Bakı, 27 yanvar, Elvin Camalov, AZƏRTAC
Bu ilin yanvarında paytaxtın müxtəlif ərazilərində 78 ədəd yeni yol nişanı quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, şəhər sakinlərinin Bakı Nəqliyyat Agentliyinə ünvanladığı müraciətlər əsasında 2018-ci ilin yanvar ayında paytaxtın müxtəlif ərazilərində 78 ədəd yeni 5.12 (Avtobusun dayanacaq yeri) yol nişanı quraşdırılıb. Nişanlardan 37 ədədi mövcud avtobus dayanacaq məntəqələrində aparılan yenidənqurma işləri, 41 ədədi isə yeni avtobus dayanacaq məntəqəsi təşkil edilən zaman quraşdırılıb.
Bununla yanaşı, 4 məntəqədə piyada keçidləri təşkil edilib. Keçidlərdən biri Kürdəxanı, digər üçü isə Binə qəsəbəsi Əli İsazadə küçəsindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]