İQTİSADİYYAT
Bu ilin yeddi ayı ərzində Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb
Kişineu, 17 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyul aylarında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 3 milyon dollara yaxın olub.
Bu barədə AZƏRTAC-a Moldovanın Milli Statistika Bürosundan məlumat verilib.
Bildirilib ki, hesabat dövründə Azərbaycanın Moldovadan idxal etdiyi məhsulun dəyəri 2,6 milyon dollara yaxın olub. Azərbaycandan Moldovaya isə 289 min dollarlıq məhsul ixrac edilib.
Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 7 milyon dollara yaxın olub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [13:34]
Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb
- 25.04.2024 [13:16]
Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb
- 25.04.2024 [12:04]
Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub
- 25.04.2024 [11:40]