İQTİSADİYYAT


Bu küçədə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Bakı, 12 aprel, AZƏRTAC

Təmir-tikinti işləri ilə əlaqədar aprelin 12-dən 13-nə keçən gecədən etibarən aprelin 14-ü axşam saatlarınadək Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindəki Xurşidbanu Natəvan küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən küçəyə avtonəqliyyat vasitələrinin daxil olması Yəhyə Hüseynov və Rəşid İsmayılov küçələri ilə kəsişmədən məhdudlaşdırılmaqla alternativ olaraq həmin küçələrə yönəldiləcək.

Ərazidə sıxlıq yaranmaması üçün sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.