REGİONLAR


Bu mövsüm İmişlidə ötən ildəkindən 3,5 dəfə çox barama istehsalı nəzərdə tutulub

İmişli, 6 iyun, Mahir Babayev, AZƏRTAC 

Bu il İmişlidə 15 ton barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə 390 qutu (7410 qram) ipəkqurdu toxumu gətirilərək kümçülərə paylanılıb.

Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, respublikada ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində baramaçıların bu sahəyə marağı xeyli artıb. Əgər ötən il İmişlidə 25 ailə ipəkqurdu bəsləyirdisə, bu il onların sayı 134-ə çatıb.

Keçən il rayonda 3 ton 700 kiloqram barama istehsal olunub. İpəkçilər bu il istehsalı 3,5 dəfə artıraraq 15 tona çatdırmağı qarşıya məqsəd qoyublar. Bununla bağlı kümçülər üçün lazımi şərait yaradılıb.

Artıq bir neçə gündür ki, rayonda barama tədarükünə başlanılıb. Kümçülər qısa müddətdə “Şəki-İpək” ASC-yə 1367 kiloqram məhsul təhvil veriblər. Barama tədarükündə rayonun Oruclu, Cəfərli, Gödəktala və Telişli kəndlərinin kümçüləri öndədirlər.

Oruclu kənd sakini Tacir Qaraşov ötən il 170 kiloqram barama istehsal edib. Kümçü bu il 4 qutu ipəkqurdu toxumu bəsləyib və bu günə kimi 154 kiloqram barama təhvil verib. Tacir Qaraşovun dediyinə görə, hələ yığılmamış məhsul çoxdur. Bundan sonra daha 120 kiloqramdan çox məhsul tədarük edə biləcək.

Qeyd edək ki, ötən il kümçülər istehsal etdikləri baramanın hər kiloqramından 9 manat gəlir götürüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.