REGİONLAR


Bu mövsüm Qazaxda 65 hektar sahədə tütün əkiləcək

Qazax, 14 may, Rauf Hacıyev, AZƏRTAC

Builki mövsümdə Qazax rayonunun təsərrüfatlarında 65 hektar sahədə tütün əkilməsi nəzərdə tutulub. Artıq bu günə kimi 17 hektara tütün şitilləri əkilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” Qazax rayonu üçün iqtisadi cəhətdən səmərəli olan kənd təsərrüfatının bu sahəsinin inkişafına təkan verib. İşçi qüvvəsi baxımından böyük tələbatın olduğu bu sahənin inkişafı rayonda yeni iş yerlərinin açılmasına da şərait yaradıb. Sahələrdə 70-dən çox rayon sakini çalışır.

Tütünçülər builki mövsümdə sahələrdən bol məhsul gözləyirlər.

Qeyd edək ki, 2016-cı ildə Qazax rayonu üzrə cəmi 10 hektarda tütün yetişdirilib. 2017-ci ildə bu rəqəmi 50 hektara çatdıran rayon sakinləri aqrotexniki tədbirləri vaxtında həyata keçirməklə 80 tondan çox məhsul götürüblər. 2018-ci ildə isə tütünçülər əkin sahələrini daha 10 hektar artıraraq 60 hektarda tütün əkiblər. Həmin sahədən toplanmış 98 tona yaxın qurudulmuş tütün "İlham-M” MMC-yə təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.