REGİONLAR
Bu təsərrüfatda 50-yə yaxın meyvə və giləmeyvə çeşidi tam orqanik yetişdirilir FOTOREPORTAJ
Bakı, 2 sentyabr, AZƏRTAC
Şəkidə yerləşən “BioGarden” təsərrüfatında yerli və xaricdən gətirilən 50-yə yaxın meyvə və giləmeyvə çeşidi tam orqanik olaraq yetişdirilir.
AZƏRTAC xəbər verir ki, burada, həmçinin hər meyvənin müxtəlif sortları da mövcuddur. Bu qədər meyvə çeşidi olan təsərrüfat MDB-də ilkdir.
“BioGarden” təsərrüfatı respublikada ilk olaraq müasir aqroturizmin təşkili ilə əlaqədar 2009-cu ildə 8 hektar ərazidə yaradılıb. Məqsəd insanlara çeşidli orqanik meyvə və giləmeyvələri təqdim etməklə yanaşı, həmin meyvələrin yetişdirilməsi üçün tələb olunan müasir aqrotexniki xidmətlər haqqında ətraflı məlumatların verilməsi, bir sözlə, insanların kənd təsərrüfatına maraqlarının artırılmasıdır.
Bütün növ ev quşları ilə yanaşı, Hindistan, Çin, Hollandiya, Kanada, Pakistan, Avstraliya və İndoneziyadan gətirilmiş dekorativ quşlar da təsərrüfatın florasına xüsusi gözəllik verir.
Ərazidə farel, karp, sazan cinsli balıqlar da yetişdirilir.
AZƏRTAC fotoqraf Roman İsmayılovun “BioGarden” təsərrüfatından hazırladığı fotoreportajı təqdim edir.