İQTİSADİYYAT
Bu vaxtadək Neft Fondu “Şahdəniz” qazı və kondensatının satışından 3,7 milyard dollar gəlir əldə edib
Bakı, 6 sentyabr, AZƏRTAC
Cari ilin yanvar-avqust aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından əldə etdiyi gəlirlər 130 milyon 137 min ABŞ dolları olub.
Bu barədə AZƏRTAC-a ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib. Qeyd olunub ki, o cümlədən, 8 ayda Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensatın satışından gəlirləri 57 milyon 131 min dollar təşkil edib.
2007-ci ildən cari il sentyabrın 1-dək isə fondun “Şahdəniz” yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirləri 3 milyard 797 milyon dollar olub.
Xatırladaq ki, 2020-ci ildə Neft Fondunun “Şahdəniz” qazı və kondensatının satışından gəlirləri 293,9 milyon dollar təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]