İQTİSADİYYAT


Bu vaxtadək Neft Fondu “Şahdəniz” qazı və kondensatının satışından 4,3 milyard dollar gəlir əldə edib

Bakı, 6 dekabr, AZƏRTAC

Cari ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından əldə etdiyi gəlirlər 730 milyon 707 min ABŞ dolları olub.

Bu barədə AZƏRTAC-a ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib. Qeyd olunub ki, o cümlədən 11 ayda Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensatın satışından gəlirləri 278 milyon 178 min dollar təşkil edib.

2007-ci ildən cari il dekabrın 1-dək isə fondun “Şahdəniz” yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirləri 4 milyard 397 milyon dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.