İQTİSADİYYAT
Bu vaxtadək sənaye parklarına 2,9 milyard dollar investisiya qoyulub
Bakı, 22 yanvar, AZƏRTAC
Ölkədə fəaliyyət göstərən sənaye parklarının ümumi investisiya portfelinin həcmi 3,8 milyard ABŞ dolları təşkil edir. İndiyədək sənaye parklarına 2,9 milyard dollar investisiya qoyulub.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazirin sözlərinə görə, təkcə 2018-ci ildə rezidentlər tərəfindən 450 milyon dollar sərmayə yatırılıb. Sənaye parklarında 40, o cümlədən ötən ildə 11 rezident qeydiyyata alınıb. Bu rezidentlərin 21-i istehsal fəaliyyətinə başlayıb. Tikintidə və istehsalatda 10 minə yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə 1 milyard dollaradək investisiya qoyuluşu, 7 minə yaxın iş yerinin açılması gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.01.2023 [16:49]
Azərbaycandan propilenin sopolimerlərinin ixracı artıb
- 08.04.2022 [17:27]
Sahibkarların sənaye zonalarına marağı artır
- 18.12.2021 [13:09]
Ötən ay ölkədə 742,1 kiloqram gümüş istehsal edilib
- 18.12.2021 [12:46]
Keçən ay mis filizləri və konsentratlarının istehsalı artıb
- 17.12.2021 [17:04]
Ötən ay 320,1 kiloqram qızıl istehsal edilib
- 16.12.2021 [16:02]
Qiymətli metal filizləri və konsentratlarının istehsalı artıb
- 17.11.2021 [14:52]