CƏMİYYƏT


Bu xəstəliyə yeniyetmə və gənclərin 85 faizində rast gəlinir

 

Bakı, 19 noyabr, AZƏRTAC 

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında akne xəstəliyinə həsr olunmuş seminar keçirilib.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən universitetin dermotovenerologiya kafedrasının dosenti Elşad Novruzov xəstəliyin gənclər və yeniyetmələr arasında geniş yayıldığını bildirib: “Akne xəstəliyi irsi xarakter daşıyır. Dərinin normadan artıq yağlanması və hormonlarla bağlı olan bu xəstəlik əsasən yeniyetmə və gənclərdə təsadüf olunur. Belə ki, onların 85 faizi 12-25 yaş arasını əhatə edən dövrdə sızanaqlardan əziyyət çəkirlər”.

E.Novruzov akne xəstəliyinə universitet tələbələri arasında da rast gəlindiyindən bu seminarın təşkilinə ehtiyac yarandığını diqqətə çatdırıb. Maarifləndirmə xarakterli seminarda E.Novruzov akne xəstəliyi, onun profilaktikası və müalicə üsulları haqqında danışıb. Mütəxəssis aknedən əziyyət çəkənlərin vaxtında həkim – dermatoloqun müayinəsindən keçmələrini tövsiyə edib.

Sonda Tədris Cərrahiyyə Klinikasında ATU tələbələri üçün akne ilə bağlı pulsuz müayinənin aparıldığı da qeyd olunub.

Qeyd edək ki, akne xəstəliyi bəzən uzun illər davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.