CƏMİYYƏT


“Bu yaz özün bir təbiət yarat!” aksiyası çərçivəsində 53 min 145 müxtəlif meyvə və meşəcinsli ağac əkilib

Bakı, 11 mart, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın bir çox regionlarında “Bu yaz özün bir təbiət yarat!” devizi altında yaz ağacəkmə aksiyaları keçirib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qəbələ, Quba, Şabran, Tovuz, Bərdə, Ağcabədi, Sabirabad və Lənkəran rayonlarında keçirilən aksiyalarda nazirliyin Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən ümumilikdə 108,5 hektar ərazidə 53 min 145 müxtəlif meyvə və meşəcinsli ağac əkilib.

Yaz ağac əkini aksiyaları respublikanın digər rayonlarında da davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.