İQTİSADİYYAT


Bu yolda rənglənmə işləri aparılır

Bakı, 30 sentyabr, AZƏRTAC

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Ələt istiqamətində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, işlər bu gün axşam saatlarınadək davam edəcək. Həmin müddətdə hərəkət hissə-hissə işlər aparılan zolaqlar üzrə qismən məhdudlaşdırılacaq. Bu səbəbdən, sürücülərə magistral yolun sözügedən hissəsində hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.