İQTİSADİYYAT


Bu yollarda təmir və rənglənmə işləri aparılır

Bakı, 22 may, AZƏRTAC

Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə bu gün axşam saatlarınadək Bakı Dairəvi-1 avtomobil yolunda əyrixətli dəmir tirlərin təmiri, Bakı-Şamaxı magistral yolunda isə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır. Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.