SİYASƏT


Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi yüksək qiymətləndirilib

Bakı, 2 dekabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Polşanın Lodz şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 29-cu iclası çərçivəsində Şimali Makedoniyanın xarici işlər naziri Bucar Osmani ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq əlaqələri, onların inkişaf imkanları, enerji təhlükəsizliyi, habelə Şimali Makedoniyanın ATƏT-də 2023-cü ildə sədrliyi çərçivəsində planlar və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Xarici işlər naziri Ceyhun Bayramov bölgədə hazırkı vəziyyət, Azərbaycan və Ermənistan arasında sülh gündəliyi, əlaqələrin normallaşması və bu sahədə Azərbaycan tərəfindən görülən işlər, habelə Ermənistan tərəfindən törədilən və qeyd edilən proseslərə xələl gətirən təxribatlar barədə həmkarını ətraflı məlumatlandırıb.

Ölkələr arasında mövcud əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edən xarici işlər naziri Bucar Osmani Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirib. O, ATƏT çərçivəsində yaşanan çətinliklər nəzərə alınaraq, təşkilatın gücləndirilməsi istiqamətində fikirlərini bölüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.