DÜNYA


“Buckingham” sarayı şahzadə Filipin dəfn planını açıqlayıb

Bakı, 14 aprel, AZƏRTAC

“Buckingham” sarayının məlumatına əsasən, şahzadə Filipin Vindzor qəsrindəki müqəddəs Georgi kilsəsində keçiriləcək dəfn mərasimində yalnız kral ailəsinin üzvləri və onun şəxsi katibi iştirak edəcək.

AZƏRTAC Britaniya KİV-lərinə istinadla xəbər verir ki, şahzadə Filipin tabutunu şahzadə və kraliçanın nəvələri şahzadə Uilyam və Harri, həmçinin kral ailəsinin digər üzvləri müşayiət edəcək.

Matəm yürüşü müqəddəs Georgi kilsəsi qarşısında hərbçilərin və xarici ölkə nümayəndələrinin iştirakı ilə keçiriləcək kiçik mərasimlə başa çatacaq. Sonra mərhumun tabutu kilsəyə aparılacaq. Koronavirus profilaktikası qaydalarına uyğun olaraq ora yalnız 30 nəfər - Vindzorlar ailəsinin üzvləri və mərhum şahzadənin şəxsi katibi Arçi Miller-Beykuel buraxılacaq.

Şahzadə Filip əvvəlcə Vindzor qəsrindəki müqəddəs Georgi kilsəsində dəfn ediləcək, kraliça II Elizabetin vəfatından sonra isə hər ikisi VI Georq memorial kilsəsində basdırılacaq.

Qeyd edək ki, aprelin 9-da “Buckingham” sarayının mətbuat xidməti Böyük Britaniya kraliçası II Elizabetin həyat yoldaşı şahzadə Filipin 99 yaşında vəfat etdiyi barədə məlumat yayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.