DÜNYA


Budapeşt “MasterCard” reytinqini yüksəldib

Budapeşt, 2 noyabr, AZƏRTAC

AZƏRTAC Macarıstanın MTI informasiya agentliyinə istinadla xəbər verir ki, Budapeşt turistlər üçün populyarlıq göstəriciləri və onların xərclədiyi pullar üzrə “Mastercard Global Destination Cities Index” reytinq cədvəlində yeddi bənd irəliləyərək 32-ci yerə yüksəlib.

Ötən il Macarıstanı 6 milyona yaxın əcnəbi qonaq ziyarət edib.

Dünyanın səyahətçilər üçün ən populyar şəhərlərinin reytinq cədvəlində Banqkok, London və Paris yuxarı yerləri tuturlar. “Mastercard”ın saytında yerləşdirilən məlumata görə, bu indeksdə səyahətçilər üçün populyarlıq nöqteyi-nəzərindən dünyanın 162 şəhəri müəyyən edilir və 2018-ci ilə dair inkişaf proqnozları təqdim olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.