DÜNYA
Budapeşt Vaşinqtona cavabını çox gözlətmədi
Budapeşt, 19 fevral, AZƏRTAC
Macarıstanın xarici işlər naziri Peter Siyarto ABŞ Prezidenti Donald Trampın Avropa ölkələrinə öz vətəndaşlarını – İŞİD-də vuruşan terrorçuları əsirlikdən götürərək məhkəmələrə təslim etməsi barədə çağırışını belə cavablandırıb.
AZƏRTAC xəbər verir ki, nazir deyib: “Mənim fikrimcə, hazırda əsas səylərimiz ondan ibarət olmalıdır ki, biz onların Avropaya qayıtmasına imkan verməyək... Hesab edirəm ki, bu, biz avropalıların qarşısında duran başlıca məsələlərdən biridir. Biz Qərbi Balkan marşrutunu mümkün olan dərəcədə qapalı qoruyub saxlamalı, onların Avropaya qayıtmalarına maneələr yaratmalıyıq”.
Xatırladaq ki, amerikalı məmurların dəyərləndirməsinə görə, Suriyanın şimalındakı həbsxanalarda 40-a yaxın ölkədən 800-dək məhbus saxlanılır. Onlar hazırda “YPG” terror təşkilatının özəyi olan “Suriya demokratik qüvvələri” kürd koalisiyasının nəzarəti altındadırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]
“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq
- 25.04.2024 [14:26]
ABŞ dövlət katibi Antoni Blinken Pekinə gəlib
- 25.04.2024 [13:20]
Bolqarıstan parlamenti spikeri istefaya göndərib
- 25.04.2024 [12:48]
Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb
- 25.04.2024 [12:34]
Hindistanın Racastan ştatında PUA qəzası baş verib
- 25.04.2024 [12:22]
Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir
- 25.04.2024 [12:12]