DÜNYA


Budapeşt etnoqrafiya muzeyinin binası ilin memarlıq layihəsi seçilib

Bakı, 16 dekabr, AZƏRTAC

Budapeştdəki etnoqrafiya muzeyinin yeni binası daşınmaz əmlak sahəsində International Property mükafatının versiyası üzrə ilin memarlıq layihəsi seçilib.

AZƏRTAC təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, Budapeşt muzeyi ilə yanaşı, bu nominasiyada qələbəyə 115 şəhərdən 1700 layihə iddia edirdi.

Mükafatın münsiflər heyəti muzeyi layihələndirən Macarıstan memarlıq studiyasının işini qiymətləndirib və qeyd edib ki, binanın sadə, lakin dinamik dizaynı yerləşdiyi parkın təbiəti ilə ahəngdar şəkildə uzlaşdırılıb. Layihənin əlavə müsbət cəhəti tikilinin 60 faizinin yer səthindən aşağıda yerləşməsi olub. Bu da onun ətraf mühitə daha çox adaptasiyasına imkan yaradıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.