DÜNYA


Budapeşt fövqəladə vəziyyət rejiminin müddətini artırır

Budapeşt, 6 oktyabr, AZƏRTAC

Macarıstan hökuməti yeni tipli koronavirus pandemiyasının hələ başa çatmaması ilə əlaqədar fövqəladə vəziyyət rejiminin müddətinin rəsmən artırılması barədə təklif irəli sürüb. Parlamentin deputatları bu təklifin lehinə səs veriblər.

AZƏRTAC xəbər verir ki, fövqəladə vəziyyət rejimi gələn ilin əvvəlinə qədər uzadılıb. Qanunverici orqanın 112 üzvü bu təklifin lehinə səs verib, 25 deputat təklifin əleyhinə olduğunu bildirib, bitərəf qalan olmayıb. Hökumətin məqsədi macar xalqının həyatını və sağlamlığını qorumaq, iqtisadi ziyanın həcmini azaltmaq və iş yerlərini qoruyub saxlamaqdır. Son il yarım ərzində pandemiyaya qarşı mübarizə göstərib ki, daha əvvəl qəbul edilmiş fövqəladə rejim bu məqsədlərə yaxşı xidmət edib.

Pandemiya haqqında qanuna əsasən hökumət fövqəladə vəziyyət rejiminin son müddəti başa çatana qədər onun vaxtından əvvəl ləğv olunmasını elan edə bilər.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.