DÜNYA


Budapeşt texnologiyalar reytinqində 70-ci yerdədir

Budapeşt, 2 oktyabr, AZƏRTAC

Britaniyanın “RS Components” sənaye komponentləri təchizatçısının apardığı sorğuya görə, texnologiya həvəskarlarının fikrincə, 90 ən yaxşı şəhər siyahısında Budapeşt 70-ci yeri tutub.

AZƏRTAC xəbər verir ki, Macarıstan paytaxtı özünü “sürətli internet” kateqoriyasında xüsusilə yaxşı tanıdıb. O, həm mobil, həm də təsbit edilmiş internet sürətinə görə yüksək dəyərləndirməyə nail olub. Lakin elektromobillər üçün enerjiyükləmə stansiyalarının yoxluğu və texniki əməkhaqqının nisbətən aşağı səviyyədə olması səbəbindən, şəhərin bu göstəricilər üzrə mövqeyi yüksək deyil.

Yüksək reytinqin yoxluğuna baxmayaraq, Budapeşt Vışeqrad dördlüyündən olan həmkarlarından – Bratislava, Praqa və Varşavadan daha çox xal toplayıb. Çox maraqlıdır ki, Milan da Budapeştdən geridə, 74-cü yerdədir.

Liderlər üçlüyünə Amsterdam, Filadelfiya və Oslo daxildir. Sorğu göstərib ki, texnologiya həvəskarları üçün ən pis yer Panama-Sitidir.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.