QAN YADDAŞI


Budapeştdə 20 Yanvar şəhidlərinin anım tədbiri keçirilib

Budapeşt, 21 yanvar, AZƏRTAC

Azərbaycanın Macarıstandakı səfirliyində 20 Yanvar hadisələrinin 31-ci ildönümü ilə bağlı anım tədbiri təşkil olunub.

AZƏRTAC xəbər verir ki, səfirliyin həyətində 20 yanvar faciəsi qurbanlarına həsr olunmuş güşə yaradılmış və şamlardan “20 Yanvar” yazısı illüstrasiya edilib. Tədbirdə Macarıstanın müxtəlif universitetlərində təhsil alan tələbələr və diaspor nümayəndələri iştirak ediblər.

Tədbiri açan səfir Vilayət Quliyev 31 il öncə törədilən qanlı hadisələr barədə məlumat verib. O, çıxışı zamanı 30 ilə yaxın müddətdən sonra nəhayət Azərbaycan torpaqlarının işğaldan azad olunması və bunun bölgədə yeni tarixi mərhələnin başlanğıcı olduğunu vurğuladı.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.