İDMAN


Budapeştdə 90 dəqiqəlik formatda baş tutan müasir beşnövçülük yarışları başa çatıb

Bakı, 27 aprel, AZƏRTAC

Budapeştdə yenilənmiş 90 dəqiqəlik formatda baş tutan müasir beşnövçülük yarışları başa çatıb.

AZƏRTAC xəbər verir ki, “Olimpiada-2024” çərçivəsində yarışların bu formada keçirilməsi planlaşdırılır.

Yarışda 10 ölkədən, ümumilikdə 36 kişi və 21 qadın iştirak edib. Ümumilikdə, yenilənmiş format artıq üç dəfə sınaqdan keçirilib. Beynəlxalq Müasir Pentatlon Birliyi dörd günlük test yarışlarından sonra idmançıların rəyi əsasında qaydaları formalaşdıracağı gözlənilir.

Xatırladaq ki, yeni formata görə, turnir bir saat yarım ərzində keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.