SİYASƏT


Budapeştdə Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla yad olunub VİDEO

Budapeşt, 28 sentyabr, AZƏRTAC

Budapeştdə Azərbaycanın Macarıstandakı diplomatik nümayəndəliyinin binası qarşısında səfirliyin əməkdaşları tərəfindən Vətənimizin işğal olunmuş torpaqlarının azad edilməsi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə həsr olunmuş guşə açılıb.

AZƏRTAC xəbər verir ki, Macarıstan paytaxtının sakinlərinin və qonaqlarının diqqətinə vizual materiallar təqdim edilib. İştirakçılar qərənfil qoyublar, şam yandırıblar. Guşənin açılış mərasimində Azərbaycanın bu ölkədəki səfiri Tahir Tağızadə, səfirliyin əməkdaşları, Macarıstanda təhsil alan tələbələrimiz, diaspor nümayəndələrimiz iştirak ediblər.

İştirakçılar şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Şəhidlərin ruhuna və qazilərimizin tezliklə sağalmasına dualar oxunub.

Daha sonra guşənin açılış mərasiminin iştirakçılarının diplomatik nümayəndəliyin əməkdaşları ilə görüşü səfirliyin akt zalında davam etdirilib, burada şəhidlərin xatirəsinə ehsan verilib. Söhbət əsnasında Azərbaycan əsgərinin şücaəti qeyd edilib. Görüş iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan xalqına müraciətini müzakirə ediblər.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.