SİYASƏT


Budapeştdə erməni təcavüzünə qarşı kütləvi mitinq keçirilib VİDEO

Budapeşt, 18 iyul, AZƏRTAC

Budapeştin mərkəzində, Qəhrəmanlar Meydanında həmvətənlərimizin kütləvi aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, “Qardaşlıq” Macarıstan-Azərbaycan Cəmiyyəti, Azərbaycan-Macarıstan Gənclər Birliyi (AHYU) və bu yaxınlarda Budapeştdə açılan Azərbaycan Evinin birgə təşəbbüskarlığı ilə Dunay üzərində şəhərin mərkəzi hissəsində keçirilən mitinqdə “Erməni təcavüzünü dayandırın!”, “Qarabağ – Azərbaycandır!”, “Ermənistan beynəlxalq hüquqa etinasızlıq göstərir!”, “Ali Baş Komandan, biz sizin əsgərlərinizik!” kimi şüarlar səsləndirilib. Aksiya iştirakçıları əllərində Azərbaycan, Türkiyə, Macarıstan bayraqları, həmçinin Ermənistanın regionda davranışını pisləyən transparantlar tutublar.

İştirakçılar arasında müxtəlif, o cümlədən türk, qazax, Bosniya diasporlarının təmsilçiləri də olub.

Mitinq insidentsiz keçib, çaşqın və köməksiz halda kənarda dayanaraq, öz ölkələrinin necə “yuyulub sərilməsini”, onun “tarixi xüsusiyyətləri” və “Allah tərəfindən seçilmələri” barədə yalanların necə ifşa edilməsini izləyən ermənilər də hər hansı provokasiya törətməyə cəsarət etməyiblər.

 

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.