MƏDƏNİYYƏT


Budapeştdə təşkil ediləcək Beynəlxalq Diplomatik Xeyriyyə Bazarında Azərbaycan da təmsil olunacaq

Budapeşt, 19 noyabr, AZƏRTAC

Cari il noyabrın 24-də növbəti Beynəlxalq Diplomatik Xeyriyyə Bazarı təşkil olunacaq. Macarıstan ictimaiyyətinin böyük maraq göstərdiyi və ənənəvi olaraq Macarıstan Prezidentinin xanımı Anita Herseqin himayədarlığı altında keçirilən Xeyriyyə Bazarında bu ölkədə akkreditə olunmuş səfirliklər və mədəniyyət mərkəzləri iştirak edirlər.

AZƏRTAC xəbər verir ki, Xeyriyyə Bazarında müxtəlif ölkələr öz milli tətbiqi sənət nümunələrini, suvenirlərini, milli mətbəxini və incəsənətini nümayiş etdirmək imkanı əldə etməklə yanaşı, həmin məhsulların xeyriyyə məqsədilə satışını həyata keçirirlər.

Hər il olduğu kimi, bu il də Azərbaycan səfirliyi Xeyriyyə Bazarında ayrıca milli guşə ilə təmsil olunacaq və həmin guşədə milli mətbəx nümunələrimiz, ərzaq məhsulları və suvenirlərin xeyriyyə məqsədilə satışı təşkil olunacaq.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.