CƏMİYYƏT


Budapeştdə türk xalqlarının gəncləri bir araya gəliblər

Bakı, 25 mart, AZƏRTAC

Macarıstanın paytaxtı Budapeştdə Novruz bayramına həsr olunmuş “Yeni Gün” adlı şənlik keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbir Macarıstan Azərbaycan Evi, Azərbaycanın Macarıstandakı səfirliyi, Azərbaycanın Gənclər Fondu, “Silk Way” Tələbə Fondu və “Barsz” Macarıstan-Qazaxıstan Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) və Gənclərin İnteqrasiya və İnkişaf Assosiasiyasının (AYID) təşkilatçılığı ilə baş tutub.

Tədbir iştirakçılarını salamlayan Macarıstan Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli və digər qonaqlar türk xalqlarını Novruz bayramı münasibətilə təbrik ediblər. Azərbaycanlı gənclərin ortaq türk tarixinin, mədəniyyətinin, adət-ənənələrinin və milli dəyərlərinin təbliğində mühüm roluna diqqət cəlb edilib.

Sonra Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Macarıstan, tatar və çuvaş icmalarının yeniyetmə və gənclərdən ibarət yaradıcılıq kollektivlərinin bayram şənliyi konsert proqramı ilə davam edib. Qonaqlar yumurta döyüşdürməsi kimi əyləncəli oyuna böyük həvəslə qatılıblar.

Sonra AVİD idarə heyətinin üzvü Nazim Musabəylinin müəllifi olduğu “Novruz” tamaşası nümayiş etdirilib.

Tədbirin sonunda gənclər türk xalqları mətbəxinin ləziz təamlarına qonaq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.