İQTİSADİYYAT


“Büdcə təşkilatlarında kommunal xidmətlərin istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi Qaydası” təsdiqlənib

Bakı, 17 aprel, AZƏRTAC

“Büdcə təşkilatlarında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, təbii qaz və su) istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi Qaydası” təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin Qərarı ilə “Büdcə təşkilatlarında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, təbii qaz və su) istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi Qaydası” təsdiq edilib. Qərara əsasən, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, habelə digər büdcə təşkilatlarının rəhbərlərinə 3 ay müddətində özlərinin tabeliyində olan (o cümlədən, icarəyə götürülmüş) obyektlərə, habelə icarəyə verilmiş obyektlərə və onların icarəçilərinə (subicarəçilərinə) dair siyahını hazırlamaları, kağız və (və ya) elektron daşıyıcılarda Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etmələri tapşırılıb.

Kommunal xidmət göstərən müəssisələrə tapşırılıb ki, istehlakçılara qüvvədə olan standartlara uyğun kommunal xidmətlərin göstərilməsi məqsədi ilə zəruri tədbirlər görsünlər və kommunal xidmətlərə dair istehlakçılarla müqavilələrin bağlanılması zamanı müəyyən olunmuş limitlərin nəzərə alınması, habelə kommunal xidmətlərin həmin limitlər çərçivəsində təqdim olunması istiqamətində tabeli təşkilatlar üzərində nəzarəti təmin etsinlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.