İQTİSADİYYAT


Büdcənin icrasında ümumi daxili məhsulun 2 faizi qədər profisit yaranıb

Bakı, 29 iyul, AZƏRTAC

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri 14 milyard 205,5 milyon manat, xərcləri 12 milyard 936,6 milyon manat təşkil edib, büdcənin icrasında 1 milyard 268,9 milyon manatlıq və ya ümumi daxili məhsulun 2 faizi qədər profisit yaranıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, cari ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun daxilolmaları da nəzərə alınmaqla 12 milyard 446,3 milyon manat, xərcləri isə 10 milyard 450 milyon manat təşkil edib. Daxilolmaların 22,7 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 22,7 faizi əlavə dəyər vergisi, 4,9 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,7 faizi fiziki şəxslərin gəlir vergisi, 4,1 faizi aksizlər, 1,2 faizi sadələşdirilmiş vergi, 2 faizi vergilərin digər növləri, 37,7 faizi isə vergi olmayan gəlirlər hesabına təmin olunub.

Büdcə vəsaitlərinin 20,3 faizi təhsil və səhiyyənin, 18,8 faizi iqtisadi fəaliyyətin, 15,8 faizi müdafiə və milli təhlükəsizlik tədbirlərinin, 15 faizi ümumi dövlət xidmətlərinin, 13,2 faizi sosial müdafiə və sosial təminatın, 16,9 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.