İQTİSADİYYAT


Budəfəki “İslahat İcmalı” hüquqi şəxslərin qeydiyyatına həsr olunub

Bakı, 6 fevral, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İslahat İcmalı”nın xüsusi buraxılışı hüquqi şəxslərin onlayn dövlət qeydiyyatı sahəsində islahatlara həsr edilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, bu proses hüquqi şəxslərin onlayn dövlət qeydiyyatı sahəsində islahatların aparılmasına dair bir sıra qanunvericilik aktlarına dəyişikliklər ediləndən sonra daha da sürətlənib.

Belə ki, hüquqi şəxslərin onlayn dövlət qeydiyyatı istiqamətində aparılan islahatlar nəticəsində hüquqi şəxslərin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatına alınması üçün əlverişli şərait yaradılıb. Bu ilin əvvəlindən başlayaraq dövlət qeydiyyatının aparılmasının (ƏDV qeydiyyatı və bank hesabının açılması da daxil olmaqla) bir prosedurla tamamlanması mümkündür. Qeydiyyatın həyata keçirilməsi üçün elektron ərizənin elektron imza ilə təsdiq edilməsi zərurəti aradan qaldırılıb, eləcə də qeydiyyatla bağlı əvvəllər mövcud olan bütün prosedurlar ləğv olunub. Nəticədə hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti isə 3-5 gündən yarım günə azaldılıb, biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib.

Dövlət başçısı tərəfindən həyata keçirilən kompleks biznes islahatı tədbirləri çərçivəsində atılan mühüm addımlar ölkənin beynəlxalq reytinq qiymətləndirmələrində mövqeyinin irəliləməsinə şərait yaradır. Bu islahatlar sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan son dəyişikliklərin davamıdır və ölkədə biznes mühitinin əlverişliliyinin daha da yaxşılaşdırılmasına xidmət edir.

“İslahat icmalı” ilə bu link http://iqtisadiislahat.org/store/ vasitəsilə tanış olmaq mümkündür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.