Budəfəki hərracda 4 dövlət əmlakı özəlləşdirilib
AzerTAg.az

Bakı, 8 aprel, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunmuş növbəti hərracda 4 dövlət əmlakı özəlləşdirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, özəlləşdirilən kiçik dövlət müəssisə və obyektləri Bakı şəhərində yerləşir. Hərracda, həmçinin “Daşkəsən Kəndkimya” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhm paketi də satılıb. Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3t9MKeo, https://bit.ly/3rRXuwB). Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Dövlət Xidmətinin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Sifarişçilərin hərraclara onlayn qoşulmaq imkanı da var. Prosesə marağı olanlar da hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.
Xəbərin mətnində orfoqrafik səhv var