İQTİSADİYYAT


Budəfəki hərracda 8 dövlət əmlakı özəlləşdirilib

Bakı, 14 aprel, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunmuş növbəti hərracda 8 dövlət əmlakı özəlləşdirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bunlardan biri kiçik dövlət müəssisəsi, 7-si nəqliyyat vasitəsidir. Kiçik dövlət müəssisəsi Şəmkir rayonunda yerləşir. Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış ola bilərsiniz: (https://bit.ly/3e5BBoZ)

Hər kəs xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Prosesə marağı olanlar da hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.