İQTİSADİYYAT


Budəfəki hərracda kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahələri özəlləşdirilib

Bakı, 23 aprel, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) keçirdiyi hərraclara qoşulma prosedurlarının elektron formada tətbiqi birbaşa olaraq vətəndaş məmnunluğuna yönəlib. Seçim, müraciət, sifariş, o cümlədən hərracda iştirakın onlayn təqdim edilməsi vətəndaşların sürətli və rahat formada hərrac xidmətlərindən istifadəsini təmin edir. Hərraca çıxarılan dövlət əmlaklarının ərazi, qiymət, sahə müxtəlifliyi hər bir şəxs üçün istəyinə uyğun obyekti seçmək imkanı yaradır.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac aprelin 23-də keçirilib. Hərracda kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsi kateqoriyalarından olan dövlət əmlakları özəlləşdirilib. Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektindəki obyektin ümumi faydalı sahəsi 23,3 kvadratmetrdir. Dülgər sexi kimi fəaliyyət göstərən müəssisə üzrə sifarişi investor elektron formada verib. Hərrac iştirakçısı bu dövlət əmlakını 12 min 500 manata özəlləşdirib.

Özəlləşdirilən qeyri-yaşayış sahəsi paytaxtda yerləşir. Yasamal rayonu, İ.Qutqaşınlı küçəsindəki bu dövlət əmlakının ümumi faydalı sahəsi 101,5 kvadratmetrdir. Hərracda iştirak edən vətəndaş obyekti 20 min manata özəlləşdirib.

Komitə tərəfindən növbəti hərrac aprelin 30-da keçiriləcək. Özəlləşdirmə hərracına ümumilikdə 92 dövlət əmlakı çıxarılıb. Bunlardan 22-si səhmdar cəmiyyəti, 49-u kiçik dövlət müəssisəsi, 11-i qeyri-yaşayış sahəsi, 3-ü yarımçıq tikili, 7-si isə nəqliyyat vasitəsidir. Bu dövlət əmlakları üzrə seçim və sifariş etmək üçün komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil olmaq kifayətdir.

Özəlləşdirməyə çıxarılan dövlət əmlakları üzrə sifarişlər hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək qəbul olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.