İDMAN


“Buenos-Ayres-2018”: 52 ölkə medalçılar sırasında yer alıb

Bakı, 10 oktyabr, AZƏRTAC

Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunları davam edir.

AZƏRTAC xəbər verir ki, üçüncü yarış günündən sonra Azərbaycan 1 qızıl və 1 bürünc medalla ölkələrin sıralamasında 22-ci pillədə qərarlaşıb. Azərbaycan millisi cüdoda qızıl, taekvondo yarışlarında isə bürünc medal əldə edib.

Rusiya millisi 13 qızıl, 2 gümüş və 1 bürünc medalla birinci pillədə yer alıb. Hesabında 7 qızıl, 1 gümüş və 1 bürünc medal olan Macarıstan ikinci pillədədir. İtaliya (2-4-6) üçüncü, Hindistan (2-3-0) dördüncü, Kolumbiya (2-2-2) isə beşincidir.

Ümumilikdə 52 ölkə “Buenos-Ayres-2018”də medalçılar sırasında yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.