İDMAN


“Buenos-Ayres-2018”: 72 ölkə medalçılar sırasında yer alıb

Bakı, 14 oktyabr, AZƏRTAC 

Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunları davam edir.

AZƏRTAC xəbər verir ki, hazırda Azərbaycan ölkələrin medal sıralamasında 31-ci pillədə qərarlaşıb. Millimizin hesabında 1 qızıl, 1 gümüş və 2 bürünc medal var.

Azərbaycana qızıl medalı Olimpiadada 66 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz Vüqar Talıbov qazandırıb. Ağır atletimiz Tarmenxan Babayev (85 kq) gümüş, taekvondoçumuz Cavad Ağayev (63 kq) və güləşçimiz Şahanə Nəzərova (43 kq) bürünc medala sahib olublar.

Bədii gimnastımız Yelizaveta Luzanın komanda yarışalarında qazandığı qızıl medal isə qarışıq yığmaların hesabına yazılıb.

Rusiya millisi 22 qızıl, 9 gümüş və 6 bürünc medalla birinci pillədə yer alıb. Hesabında 12 qızıl, 5 gümüş və 3 bürünc medal olan Macarıstan ikinci pillədədir. Yaponiya isə üçüncü yerdə qərarlaşıb – 9-6-9.

Ümumilikdə 72 ölkə “Bunes-Ayres-2018”də medalçılar sırasında yer alıb.

Qeyd edək ki, Olimpiadada 206 ölkədən 4 mindən artıq idmançı iştirak edir. Oyunlarda Kosovo və Cənubi Sudan ilk dəfə mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.