İDMAN


“Buenos-Ayres-2018”: Azərbaycan medal sıralamasında 6-9-cu pilləni bölüşür

Bakı, 8 oktyabr, AZƏRTAC

Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunları davam edir.

AZƏRTAC xəbər verir ki, ilk yarış günündən sonra Azərbaycan 1 qızıl medalla Belarus, İsrail və Cənubi Afrika Respublikası ilə birgə ölkələrin sıralamasında 6-9-cu pilləni bölüşür. Azərbaycana ilk medalı Olimpiadada 66 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz Vüqar Talıbov qazandırıb.

Rusiya millisi 5 qızıl və 1 gümüş medalla birinci pillədə qərarlaşıb. Hesabında 2 qızıl medal olan Macarıstan və Venesuela ilk üçlüyü tamamlayırlar.

Ümumilikdə 34 ölkə “Bunes-Ayres-2018”də medalçılar sırasında yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.