İDMAN


“Buenos-Ayres-2018”: Rusiya medal sıralamasında liderliyini davam etdirir

Bakı, 9 oktyabr, AZƏRTAC

Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunları davam edir.

AZƏRTAC xəbər verir ki, ikinci yarış günündən sonra Azərbaycan 1 qızıl medalla ölkələrin sıralamasında 16-cı pillədə qərarlaşıb. Azərbaycana ilk medalı Olimpiadada 66 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz Vüqar Talıbov qazandırıb.

Rusiya millisi 11 qızıl, 1 gümüş və 1 bürünc medalla birinci pillədə yer alıb. Hesabında 5 qızıl medal olan Macarıstan ikinci pillədədir. Venesuela (2-1-2) üçüncü, Yaponiya (2-0-3) dördüncü, Çin (2-0-2) isə beşincidir.

Ümumilikdə 51 ölkə “Bunes-Ayres-2018”də medalçılar sırasında yer alıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.